Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metroda Yeni Trend: Deputat da qoşuldu

Metroda Yeni Trend: Deputat da qoşuldu


Milli Məclisin deputatı Ceyhun Məmmədov bir qrup gənclə birlikdə Bakı Metropoliteninin "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına qədər "Hər yerdə kitab" devizi ilə maarifləndirici aksiya keçiriblər.

Newscenter.az xəbər verir ki, aksiya çərçivəsində iştirakçılar elmi, bədii və publisistik kitabları oxuyublar. Aksiyanın keçirilməsində məqsəd insanları oxumağa və mütaliəyə cəlb etmək, onları "Kitab oxumaq üçün vaxtım yoxdur" düşüncəsindən uzaqlaşdırmaqdır. Məkan olaraq metronun seçilməsi də məhz bununla əlaqəlidir. Buradakı incə mesaj hər kəsə göstərir ki, şəraitdən və məkandan asılı olmayaraq hər yerdə kitab oxumaq mümkündür.

Aksiya ətrafdakı insanlar tərəfindən maraqla qarşılanıb. Bunun bir trendə çevrilməsi bizi düşündürən məsələ olmalıdır. Bu istiqamətdə əməli addımların atılması vacibdir. Çünki, oxumaq, öyrənmək və mütaliə gənclərin şəxsi və ideoloji inkişafına, savadlılıq səviyyəsinin yüksəlməsinə, sağlam düşüncənin və təfəkkürün formalaşmasına bir başa təsir göstərir. Ümid edirik ki, bu aksiya cəmiyyətimiz üçün nümunəyə çevriləcək və nümunədən çıxarılan nəticələr prosesə öz töhfəsini verəcək!

Mehman
Xəbəri paylaş