Quzey Kipr Türk Respublikasının Girne şəhərində yerləşən Kipr Elm Universitetinində 9-cu Uluslararası Ekonomi və sosial elmlər konfransı keçirilib.
Newscenter.az-a daxil olan xəbərə görə, 05-07 may tarixlərində baş tutan konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli beynəlxalq konfransda “Çoxqütblü dünyada yeni güclərdən biri kimi Türk Dövlətləri Təşkilatı: problemlər və həll yolları” adlı məruzə ilə çıxış edib.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva, həmin şöbənin əməkdaşları prof., fəlsəfə elmləri doktoru Əyyub Kərimov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Yeganə Məmmədova, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasova və başqalarının məruzləri maraqla qarşılanıb.
Konfrans günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Quzey Kipr Türk Respublikasının dövlət qurumlarının rəhbərləri ilə bir sıra görüşlər keçiriblər.
Anar Əliyev