Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Heydər Əliyev İli" ilə bağlı ağacəkmə aksiyası keçirilib

"Heydər Əliyev İli" ilə bağlı ağacəkmə aksiyası keçirilib


Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.

“+ 82 Şərq” su anbarı ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ meyvə və həmişəyaşıl ağaclar əkilib. Suya qənaət edilməsi məqsədilə ağacların suvarılması üçün damcı suvarma sistemi quraşdırılıb.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Natiq
Xəbəri paylaş