Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstirahət günü hava necə olacaq?

İstirahət günü hava necə olacaq?


Bakıda və Abşeron yarımadasında mayın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Gündüz yağışda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-16° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-5° isti olacaq.

Sevinc Mehdiyeva
Xəbəri paylaş