"İstehsalat təcrübəsi müəssisələrdə keçilməlidir, Müəssisələr isə sərbəst fəaliyyət göstərirlər, təcrübə keçməklə bağlı heç bir öhdəlikləri yoxdur və əlavə öhdəliklərə görə bu məsələdə maraqlı deyillər".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili ali, orta ixtisas və peşə təhsili müəssisələri tələbələrinin ixtisas üzrə, o cümlədən diplomqabağı təcrübə keçməsi ilə bağlı mövcud problemlərin həlli ilə bağlı məsələ qaldıraraq bunları deyib:
"Tələbələr praktika keçə bilmirlər. Praktika keçməyən tələbə diplom ala bilmir və ya faktiki praktika keçməyən tələbənin praktik biliyi olmur. Belə tələbələr gələcəkdə iş tapmaqda çətinlik çəkirlər".
]
Anar Əliyev