Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir çox qurumlar ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmirlər -ÖZƏL

Bir çox qurumlar ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmirlər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zaman-zaman təyin etdiyi kadrlar qarşısında mühüm vəzifə, xalqla yaxından işləmək, onun problemləri, qayğıları ilə məşğul olmaq kimi tapşırıq qoysa da, lakin bir sıra hallarda bəzi məmurlar dövlət başçısının tapşırıq və tövsiyələrini qulaqardına vurur, vətəndaşlarla işləməkdən daha çox, onları incitməyə üstünıük verirlər. Bu da istər-istəməz cəmiyyətdə ciddi narazılıqlara gətirib çıxarır. Elə hüquqşünas Əli İbrahimov da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, hüquqşünas təəsüf hissi ilə qeyd edib ki, bir çox qurumlar prezidentin çağırışlarına baxmayaraq ənənəvi bürokratik üsul idarəsindən əl çəkmək istəmirlər. Onun sözlərinə görə, səriştəsiz kadrların bir çox qurumlarda rəhbər vəzifə tutması onlara rəqib ola biləcək alternativ kadrları məhv etməsi ilə nəticələnir:

"Əksər hallarda isə onlar həmin işçiləri daha aşağı vəzifələrdə çalışdırıb, nəzarətdə saxlayaraq onlardan istifadə edirlər. Həmin işçilərin aşkara çıxarılması rəhbərlər üçün əsas itki və qorxu mənbəyi olaraq qalır".

Anar Əliyev
Xəbəri paylaş