Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər zaman qızların erkən yaşda nikaha girməsinin əleyhinə olmuşam-DEPUTAT -ÖZƏL

Hər zaman  qızların erkən yaşda nikaha girməsinin əleyhinə olmuşam-DEPUTAT


Cəmiyyətdə mövcud olan problemlərdən biri də erkən nikahdır. Bu günlərdə daha bir xoşagəlməz olay yaşanıb. Belə ki, 13 yaşlı məktəblinin 37 yaşlı kişiylə nikah mərasimi olub.

Newscenter.az-ın xəbərinə görə, cəmiyyətdə ciddi etiraza səbəb olan bu məsələyə millət vəkilləri də öz münasibətlərini açıqlayıblar. Milli Məclisin deputatı Hicran Hüseynova deyib ki, istər pedaqoji fəaliyyəti, istər vaxtı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, hazırda isə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri kimi hər zaman qızların erkən yaşda nikaha girməsinin əleyhinə olub. Millət vəkili deyib ki, onlarla erkən nikah hallarının qarşısını almışıq:

"Uşaqları nikaha məcbur edən valideynlərin və özündən dəfələrlə balaca olan azyaşlı qızlara evlənmək istəyən şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmuşuq. 12 il bundan əvvəl Ailə Məcəlləsinə dəyişiklik edildi, nikah yaşı qadın və kişilər üçün 18 müəyyən edildi. O zaman bu dəyişikliyi etmək üçün biz nə qədər təbliğat işi aparırdıq. Həmçinin, 2011-ci ildə, Cinayət Məcəlləsinə 176-cı maddənin əlavə edilməsinə də çətinliklə nail olduq. Milli Məclisdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, tanınmış ekspertlərin iştirakı ilə bir çox ictimai dinləmələr keçiririk, qanunvericilik təşəbbüsləri ilə çıxış edirik".

Hicran Hüseynova deyib ki, maarifləndirmə işlərinin aparılması da çox əhəmiyyətlidir:

"Lakin əfsuslar olsun ki, hələ də, erkən nikah halları var, hələ də qız uşaqlarına əlavə yük kimi baxır, öz maraq və mənafeləri üçün vasitə kimi istifadə edirlər. Onlar valideyndən daha çox cinayətkar kimi davranırlar. Biz bu zorakı davranışı, düşüncəni dəyişməliyik! Bu işdə müvafiq qurumlar, qeyri-hökumət təşkilatları, ziyalılar, ictimai nüfuzlu şəxslər, adi vətəndaşlar, xüsusi ilə də media, hər birimiz səy göstərməliyik!".

Anar Əliyev
Xəbəri paylaş