Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rayonlarda yağışlı hava davam edəcək

Rayonlarda yağışlı hava davam edəcək


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Newscenter.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Sevinc Mehdiyeva
Xəbəri paylaş