Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr keçirilir

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr keçirilir


Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.

Newscenter.az xəbər verir ki, müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq. Müsahibə nəticəsi məqbul olmayan uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Paytaxtdakı ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 3 mərkəzdə 11 Müsahibə komissiyası fəaliyyət göstərir. Uşaqların sifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.

Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və müvafiq struktur bölmə rəhbərləri müsahibə komissiyalarının işini müşahidə edir və prosesin gedişatını izləyirlər.

Qeyd edək ki, müsahibə üçün qeydiyyatın 31 may 2023-cü il saat 18:00-da yekunlaşması nəzərdə tutulur. Müsahibələr 9 iyun 2023-ci il tarixinədək davam edəcək.

R.Mehdiyeva
Xəbəri paylaş