Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məmur korrupsiyası müxtəlif faciələr yaradır

Məmur korrupsiyası müxtəlif faciələr yaradır


İnsanın doğuşu, həyatı, yaşamı hansı qayğı və dəyər şəraitində başlayıb davam edirsə, ölümü də o cür qayğı, dəyər şəraitində bitir. Bir var ki, bahalı bərkgedən maşını 200-lə sürəndə və ya, təyyarə qəzasında və ya, zəlzələ fəlakətində 20 mərtəbəli bina aşanda həlak olasan. Bilirsən ki, hansı bir qarşısıalınmaz təhlükədə həyat itirildi.
Bir də var, yaşayış yeri kənarındakı, əvvəlcədən qazıllb istifadə edilib üstü bağlanmayıb atılmış 40-50 m. dərinlik və 2 m. diametrdə, içi mazut su, məişət tullantıları ilə dolu quyuya ("tələyə") düşməklə baş verən, qarsısı alına bilən, havayı ölüm. Hansısa vəzifəlinin vecsizlik səhlənkarlığı ilə insan-uşaq faciəsi üçün qurulan faktiki tələ.

Söhbət, Bakı ətrafında Sabunçu rayonu Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisədən, iki azyaşlı (10 yaşlı) uşağın quyuya düşüb, həlak olması faciəsindən gedir. Qarşısı 100 % alına biləcək faciədən. Verilişə baxırsan, nimdaş tikililəri olan yaşayış sahəsinin nimdaş sakinləri, bu cür faciədən sonra belə, hiddətlə tələb yox, acizanə. xahişlə həmin o, səhlənkar icra orqanlarına müraciət edirlər: nəhayət ki, o quyuların üstünü örtsünlər, "tələyə" düşməyək daha. Bəli, yaşama, duruma adekvat da, ölüm.

Dövlət Neft Şirkətii (SOCAR) bildiririb ki, həmin ərazidəki quyular onların balansında deyil. Bəs kiminsə olub axı, bu quyu-tələlər! Və quyunun kənarları betonlu olma, diametri, dərinliyindən açıq görünür ki, sənaye məqsədlə qazmalardır. Bu açıq quyular açıqca təhlükədir, hər bir kəsə.

Bütün suallara yəqin ki, prokurorluq tərəfindən fakt üzrə qaldırılmış CM 314.3-cü (səhlənkarlıq ehtiyatsızlqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə aparılan istintaqda cavab tapmaq mümkün olar: quyular kimindir, niyə üstləri örtülməyib, əsl günahkarlar kimdir?

Məmur korrupsiyası, pozuntularının nəticələri tək iqtisadi deyil, çox müxtəlif faciələri yaradır. Allah rəhmət eləsin, iki, günahsız körpə uşağa. Allah yaxın doğmalarına səbr versin. Çox heyf!

İlqar Altay
Xəbəri paylaş