Evlərin icbari sığortalanması məsələsi yenidən gündəmə gəlib. Məlumata görə, iyun ayının 1-dən yeni elektron sistemin işə düşməsindən sonra sığortasız evlər avtomatik cərimələnəcək. Artıq bununla bağlı sakinlərə bildirişlər də göndərilib.
Newscenter.az xəbər verir ki, hüquq müdafiəçisi Sahib Məmmədovun qənətincə, daşınar və ya daşınmaz əməlaka görə icbari sığorta tətbiq etmək sadəcə əhalidən pul toplamaq üçündür:
"Sığorta prinsiplərinə görə yalnız 3-cü şəxslər qarşısında məsuliyyətin sığortası icbari ola bilər. Daşınar və ya daşınmaz əməlaka görə icbari sığorta tətbiq etmək sadəcə əhalidən pul toplamaq üçündür. Çünki standart tariflər müəyyən edilib. Bu sistem işə düşsə də işləməyəcək və başağrısı yaradacaq. Məslən bir nənə bu pulu ödəməyəcək. İllərlə cərimələr toplanıb evin qiymətinə çatacaq. Əmalk üzərində istənilən hüququn həyata keçirlməsi də mümkün olmayacaq".
Natiq Orucov