6 nömrəli Uşaq Musiqi Məktəbində Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Newscenter.az xəbər verir ki, musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi, tədbirin təşkilatçısı – Şəbnəm Qasımzadə sinif konsertin “Heydər Əliyev ili” çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
O qeyd edib ki, Ulu öndər respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycan musiqisinin, incəsənətinin inkişafı üçün əlindən gələni əsirgəməyib.
Ş.Qasımzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin apardığı uğurlu siyasətini onun layiqli davamçısı cənab prezident İlham Əliyev davam etdirir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi müasir dövrdə daha da inkşaf etmiş, digər ölkələr tərəfindən musiqimizə maraq xüsusilə artmışdır. Azərbaycanın 44 günlük tarixi zəfərindən sonra mədəniyyət paytaxtımız Şuşada Xarıbülbül musiqi festivallarının keçirilməsi və dünyanın əksər ölkələrindən tanınmış musiqi adamlarının iştirakı da həm yeni reallıqların nümayişi həm də musiqi sərvətimizin tanıdılması baxımdan əhəmiyyət kəsb edir.
Tədbirin aparıcısı Mümtaz Xəlilzadə ümummilli lider Heydər Əliyevin 100 illik müasibətilə keçirilən sinif konsertində musiqi sənətimizdə gələcəkdə öz layiqli yerlərini tutacaq gənc ifaçıların iştirak etdiyini bildirib. Bu tipli tədbirlərin gənc istedadların üzə çıxarılmasına öz töhfəsini vercəyini bildirib və çıxışçıları təqdim edib.
İlham Kərimli və Röya, Ü.Hacıbəyovun – Uzun dərə rəqsini, Eray Bağırzadə -A.Qedike rəqsini, Aylin Cəfərquliyeva – Ləzginka rəqsini, Ayan Əliyeva Şmit Miki mausu, Emil Qasımov – Jakorviçin Köhnə rəqsini, Sürəyya İsmayılova Pachelbel Canonda, Xaqan Həsənov Dmitri Şestekoviçin – Şarmankasını, Dünya Rəhimova Andrey Şuvalov Sirk atını, Zeynəb Bağırzadə Mayer Siqan xalq mahnısını, skripkada Yelizaveta Valentinovna, İradə İsmayılzadə Alerin Vals Myuzet, Hüsniyyə İsmayılova Cerni e tüt, İlay Cəbrayıllı Fredliq Şoppen Valsı, Dünya Rəhimova Çirkli kamerlin -rəqsi, Xədicə Məhərrəmova Sarı gəlin xalq mahnısını, Səbinə Məmmədli Skot Japin the enter tayner, Ayla Kərimova Çex xalq mahnısını, Şükran Abbasova isə Yevqeni qrinko Vals ifa ediblər.
Sonra Şahin Yahyazadə və Şəbnəm Qasımzadənin müşayəti ilə respublika və Beynəlxalq müsabiqələr Laueratı Emin İsmayılov Müslüm Maqomayevin – Azərbaycan mahnısını ifa edib. Tədbirə yekun vuran məktəbin direktoru pianoçu, bəstəkar Sevda Rəhimova bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində məktəbdə keçirilən sislsilə tədbirlər yeniyetmələrin gələcək inkişafında böyük rol oynayacaq.
NEWSCENTER.AZ