Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda sertifikatlaşmış 300-ə yaxın qiymətləndirici var -ÖZƏL

Azərbaycanda sertifikatlaşmış 300-ə yaxın qiymətləndirici var


"Hazırda ölkə üzrə sertifikatlaşmış 300-ə yaxın qiymətləndirici var və bu istiqamətdə addımlar davam edir".

Bu fikirləri Newscenter.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc səsləndirib. Cəmiyyət sədri deyib ki, eyni zamanda beynəlxalq səviyyəli sertifikatlaşdırma tədbirləri də həyata keçirmək lazımdır:

"Hazırda bu istiqamətdə də addımlar atılır. Təkcə sertifikatlaşdırma deyil, gələcəkdə qanun dəyişiklikləri baş verərsə, lisenziyalaşmış fəaliyyət üzrə qiymətləndirmə həyata keçiriləcək. Lisenziyalaşma üçün müvafiq dövlət qurumları ilə birlikdə imtahanlar keçirilə bilər. Hazırda isə imtahanlar yalnız Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən keçirilir və cəmiyyət bu prosesə kənar qurumların cəlb edilməsində müstəqildir. Ola bilər müvafiq dövlət qurumlarını bu prosesə cəlb edək ki, onlar da imtahanları müşahidə etmək imkanına malik olsunlar. Bir sözlə ənənəvi fəaliyyətimiz davamk edir və bundan sonra da bu prosesi obyektiv, şəffaf şərtlər üzrə davam edəcək".

Vüqar Oruc deyib ki, hazırda Azərbaycanda sertifikatlaşma prosesi tam obyektiv və heç bir kənar təsir olmadan aparılır:

"Proses bundan sonra da bu cür davam edəcək".

Anar Əliyev
Xəbəri paylaş