Dünya dəyişib, cəmiyyət inkişaf etdikcə, hər bir sahədə yeni yanaşmalar tətbiq edildikcə, Azərbaycanda da anoloji addımların atılması zərurətə çevrilir. Son illərdə müxtəlif sahələrdə həyata keçirilən islahatlar fonunda bunu aydın görmək mümkündür.
Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov da eyni qənaətdədir. O bildirib ki, hüquq-mühafizə orqanlarında, o cümlədən, ədliyyə orqanlarında genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərtdir:
"Yüksək keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların irəli çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, Ədliyyə orqanlarının işçilərinin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda, dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməlidir".
Əli İbrahimov hesab edir ki, məsələyə bu prizmadan yanaşılması təkcə peşəkarlıqdan yox, həm də vətəndaş təəssübkeşliyindən irəli gəlir.
Anar Əliyev