Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəbəqədər təhsildə nələr öyrədilməlidir?- EKSPERTDƏN MARAQLI AÇIQLAMA

Məktəbəqədər təhsildə nələr öyrədilməlidir?- EKSPERTDƏN MARAQLI AÇIQLAMA


Yaşadığımız dövrdə uşaqların insan həyatında, ümumilikdə cəmiyyətimizdə mühüm rolu vardır. Bu günün uşağı gələcəyin şagirdi, tələbəsi, ziyalısı, yazarıdır. Uşaqların necə inkişaf edəcəyi ilk öncə onları əhatə edən mühitlə əlaqədardır. Yaxşı mühitə düşən uşaq istər-istəməz normal olaraq formalaşır.

Newscenter.az-ın xəbərinə görə, ekspert Gülər Cəfərova məktəbəqədər təhsilə cəlb olunan uşaqların formalaşmasında təhsilin rolunu vacib hesab edir. Onun sözlərinə görə,bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət məktəbəqədər təhsili ciddi diqqət mərkəzində saxlayır:

“Məktəbəqədər təhsil uşaqların məktəbə hazırlıqlarını və digər məsələləri özündə birləşdirməlidir. Bir sıra dərsliklərdən, o cümlədən kiçik yaşlı uşaqlara uyğun plakatlardan, müxtəlif şəkilli kitablardan və digər əyani vəsaitlərdən istifadə etməklə müxtəlif dərslər keçirilməlidir. Məktəbəqədər təhsil uşaqların istər intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynamalıdır”.

Gülər Cəfərovanın sözlərinə görə, bu təhsil uşaqlar üçün nəzərdə tutulduğundan az və kiçik həcmli mətnlərdən, əsasən də şəkilli materiallardan istifadə edilərək öyrədilməlidir:

“Bilindiyiz kimi bu gün məktəbəqədər təhsil verən mərkəzlərdə ingilis dili dərsləri birinci sinifdən tətbiq olunduğu kimi, Azərbaycan dilinin müxtəlif işgüzarlığı haqqında da uşaqlar da fikir formalaşdırılması vacibdir. Bu uşaqlarda dilimizin nə qədər zəngin olduğu haqqında geniş fikir formalaşdırmaqla bərabər, həm də dilimizin müxtəlif komunikasiyaların formalaşmasında rolu haqqında bilikləndirəcək. Ola bilsin bu da ilk dəfə dərsə gedən şagird üçün müəyyən çətinliklər yaratsın. Amma müəyyən mərhələdən sonra uşaqların öz ana dilinə hörməti və ehtibarlılığını da gücləndirəcək. Necə ki, ingilis dili ilə yanaşı, rus dili, riyaziyyat dərsləri keçirilir, Azərbaycan dilinin zənginliyi də eyni dərəcədə öyrədilməlidir”.

Gülər Cəfərova hesab edir ki, bunun üçün məktəbəqədər təhsilin şagirdlərə bu yolda əvəzsiz rolu vardır:

“Onu da qeyd etməliyəm ki, bundan əlavə Azərbaycanda uşaq baxçaları ilə bərabər bir sıra tədris mərkəzləri də var. Övladlarınızı hansı mərkəzə göndərmək daha çox sizin seçiminizdir, lakin onu da unutmamaq lazımdır ki, orada uşaqlarınıza təhsil verə biləcək, çoxlu əyani vasitələrlə uşaqları öyrədə bilən tədris sistemi olması lazımdır. Musiqi dərsləri, professional tədris vəsaitləri, rəsm çəkilişləri, digər dillərlə yanaşı Azərbaycan dilinin şəkillərlə mənimsənilməsi sizin övladlarınızın gələcəkdə daha yetkin biliyə malik olaraq məktəbə getməsi və həmin tədris mərkəzində başqalarından seçilməsi onun gələcəkdə parlaq böyüməsinin nəticəsi olacaqdır”.

Arzu Abdulova
Xəbəri paylaş