Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qızların erkən nikaha girməsində kim günahkardır? -ÖZƏL

Qızların erkən nikaha girməsində kim günahkardır?


Son günlər 13 yaşlı məktəblinin 37 yaşlı kişi ilə nişanlanması yenidən erkən nikah problemini aktuallaşdırıb. Sözügedən problemə yanaşma da müxtəlifdir. Bəziləri problemi ailədə, digərləri məktəbdə görür.

"Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyi isə hesab edir ki, bu məsələdə məktəbi tam mənada günahlandırmaq doğru deyil və problem sırf ailədən qaynaqlanır. İctimai Birliyin sədri Ruhiyyə Mehdiyeva Newscenter.az-a verdiyi açıqlamada deyib ki, məktəb, ümumtəhsil müəssisəsini yalnız maarifləndirmə işini aparmamaqda günahlandırmaq olar:

"Valideyn qəti şəkildə övladını təhsildən yayındırıb erkən nikaha salırsa, o zaman məktəb, yaxud məktəb rəhbərliyi, eləcə də nazirlik bunna nə etməlidir. Məktəb rəhbərliyinin gücü ancaq ona çata bilər ki, uşağın dərsə gəlməməsi barədə müvafiq qurumlara məlumat verər. Təhsil müəssisəində başqa bir səlahiyyət yoxdur ki, övladını təhsildən yayındırıb ailə qurmağa məcbuir edən valideynə qarşı hanssısa tədbir görsün. Ona görə də hesab edirəm ki, hər şey ailədən və düzgün maarifləndirmə işləri aparmaqdan asılıdır".

Sevinc Mehdiyeva
Xəbəri paylaş