Bu ilin iyun ayında qeyd olunan bayram günləri müəyyənləşib.
Newscenter.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün təsdəiqlənmiş iş vaxtı norması və istehsalat təqviminə əsasən 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, 28, 29 iyun – Qurban bayramı kimi qeyd olunacaq.
Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 12, 6 günlük iş həftəsində çalışanlar üçün isə 8 gün qeyri-iş günü olacaq.
Arzu Abdulova