Azərbaycanda 2019-cu ildən bu yana 391 uşaq övladlığa götürülüb.
Newscenter.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, övladlığagötürmə üzrə idarəetmə 1 noyabr 2019-cu il tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirir.
Bu sahədə müasir və şəffaf idarəetmə modeli yaradılaraq, övladlığagötürmə üzrə xidmətlər də elektronlaşdırılıb. Həmin vaxtdan 196-sı oğlan, qalanı qız olmaqla 391 uşaq övladlığa götürülüb.
Reinteqrasiya tədbirləri nəticəsində isə 287 uşaq müəssisələrdən öz ailələrinə geri qaytarılıb.