Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda uşaqların 13%-i mobil cihazlar üzərindən ən çox TikTok-u izləyirlər

Azərbaycanda uşaqların 13%-i mobil cihazlar üzərindən ən çox TikTok-u izləyirlər


Kaspersky Azərbaycanda uşaqların 2022-ci ilin mayından 2023-cü ilin aprelinə qədər ən çox vaxt sərf etdikləri mobil tətbiqləri təhlil edib*.

Newscenter.az xəbər verir ki, ən populyar on tətbiqin istifadəsinə sərf olunan ümumi vaxtın üçdə birindən çoxu (36%) YouTube-un payına düşüb. Təxminən beşdə birini (21%) WhatsApp, digər 13 faizini isə TikTok zəbt edir. Azərbaycandakı ilk üçlük qlobal üçlüklə üst-üstə düşür.

Həmçinin, ölkədəki ilk onluğa Roblox (8%), Brawl Stars (4%) və PUBG Mobile (1,5%) oyun tətbiqləri, Chrome brauzeri (5%), Telegram (2%) və Snapchat (1%) messencerləri, Instagram sosial şəbəkəsi (7%) daxildir.
Bundan başqa, Kaspersky azərbaycanlı uşaqların “iOS” və “Android” əməliyyat sistemləri ilə çalışan mobil cihazlardan hansı vebsaytlara daxil olduqlarını təhlil edib və onların daha çox multimedia əyləncələri ilə maraqlandığını müəyyən edib. Şirkətin anonim statistikasına görə**, bu resurslar uşaqlar tərəfindən ziyarət edilən bütün resursların 40%-ni təşkil edir. Ən geniş yayılmış ikinci cəlbedici xidmət İnternet rabitə vasitələri olub, onların payı 32% təşkil edib. Üçüncü yerdə isə oyunlardır: onların payı təxminən 8% olub.

Həmin üç növ resurs masaüstü kompüterlər və noutbuklardan ən çox ziyarət edilənlər olub, lakin böyük payı multimedia əyləncələrinə düşüb (80%), İnternet rabitə vasitələri və video oyunlar isə müvafiq olaraq 12% və 2% göstəriciyə sahib olub.

Ümumi qlobal axtarış sorğusunun statistikası göstərib ki, uşaqlar ən çox YouTube***-da əyləncə, çağırışlar və həyat tərzi videoları (19%) ilə bağlı blogger və ya kanal adlarını axtarıblar. İkinci yerdə cizgi filmləri, televiziya şouları və animelər (17%), üçüncü yerdə isə musiqi ifaçıları və oyun bloggerləri (15%-dən çox) qərarlaşıb. Ən çox izlənən cizgi filmləri siyahısında "Ledi Baq və Super Pişik", filmlər arasında “Super Mario Qardaşları", "Qara Pantera: Vakanda Əbədidir", "Rok it 3: Bit üçün döyüş" yer alıb.

“Bizim statistik məlumatlar təsdiqləyir ki, əgər bir neçə il əvvəl uşaqlar oyun üçün əsasən kompüterdən istifadə edirdilərsə, indi tendensiya mobil qadcetlərə doğru dəyişib. Bundan əlavə, Azərbaycanda uşaqlar masaüstü cihazlardan daha çox smartfonlardan böyüklər üçün məzmun (18+) yer alan səhifələrə daxil olmağa çalışırlar. Valideynlərə tövsiyə edirik ki, tez-tez övladları ilə onlayn təhlükəsizlik tədbirləri, məxfilik parametrləri və niyə internetdə yad adamlara həddən artıq etibar etməməli olduqları barədə danışsınlar və uduş və asan qazanc yer alan cəlbedici təklifləri qəbul etməsinlər”, - Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Valideynlərə kömək üçün şirkət Bütün məşhur platformalara - Windows, macOS, Android və iOS – uyğun gələn Kaspersky Safe Kids həllini hazırlayıb. Məhsul valideynlərə uşağın internetdə nə qədər vaxt keçirdiyi, hansı saytlara girdiyi və sosial şəbəkələrdə onun səhifəsində hansı paylaşımların edildiyindən xəbərdar olmağa imkan verir. Bundan əlavə, Kaspersky Safe Kids geolokasiya funksiyası sayəsində uşağın cari yerini müəyyən edə bilir və “YouTube-da təhlükəsiz axtarış” funksiyası xidmətin ənənəvi imkanlarını tamamlayaraq uşaqları bu məşhur saytdakı şübhəli video məzmunlardan qorumağa kömək edir.

* Uşaqların Android cihazlarına yüklənən tətbiqlərdə keçirdikləri saatların sayına dair anonim Kaspersky Safe Kids statistikasına əsaslanır. On ən populyar tətbiqdə sərf olunan saatların cəmi 100% olaraq qəbul edilir və faiz bölgüsü tətbiqlərin hər birində sərf olunan saatların sayından asılıdır.
** Məlumatlar Kaspersky proqram təminatının uşaqların onlayn təhlükəsizliyi üçün nəzərdə tutulan qoruyucu komponentlərinin anonim statistikasına əsaslanır.
*** YouTube platformasında axtarış sorğuları üzrə anonim məlumatlar. 2022-ci ilin mayından 2023-cü ilin aprelinə qədər olan dövr üçün YouTube-dan toplanmış 1000 ədəd əsas axtarış sorğusu 100% olaraq qəbul edilir. Mövzunun populyarlığı onunla bağlı sorğuların faizinə görə müəyyən edilir.

Ruhiyyə
Xəbəri paylaş