Sabah səhər saatlarından başlayaraq gün ərzində Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yayıb.
Bildirilib ki, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyirik.
Natiq Orucov