Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük əməkdaşları uşaq evlərini ziyarət ediblər

Gömrük əməkdaşları uşaq evlərini ziyarət ediblər


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük Komitəsinin kollektivi Bakı şəhərində yerləşən 1 və 3 saylı uşaq evlərini ziyarət ediblər.

Newscenter.az Dövlət Komitəsinə istinadən bildirir ki, gömrük əməkdaşları uşaq evlərindəki şəraitlə tanış olublar, onlara uşaqların təlim-tərbiyə prosesi, asudə vaxtlarını təşkili barədə məlumat verilib. Bildirilib ki, uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunur, onların sosial və hüquqi müdafiəsi üçün bütün zəruri addımlar atılır.

Komitənin kollektivi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. Eyni zamanda uşaqlar üçün musiqili proqram və əyləncəli oyunlar təşkil edilib.

Sevinc Mehdiyeva
Xəbəri paylaş