Azərbaycan gənclərinin günümüzdə əldə etdiyi uğurlar, nailiyyətlərin təməlində Heydər Əliyev siyasəti, onun təməlini qoyduğu bünövrə xüsusi rol oynayır.
Bu fikirləri Newscenter.az-a səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, məhz ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini həll edəcək milli ruhlu, vətənpərvər gənclərin yetişməsində həlledici rol oynadı:
“Biz onun düşünülmüş və uzaqgörən siyasəti nəticəsində bunlara nail olduq. Ümumilli liderdən sonra onun irsi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Anar Salehoğlu deyib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı bu sahənin dayanıqlı inkişafına stimul verilir, bacarıqlı gənclər üzə çıxarılır və onların potensialından istifadə edilir.
Anar TAĞLYEV