“Müstəqillik illərindən yetişən gənclər 44 günlük vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya milli ruhun, vətənpərvərliyin, xalqa qarşı olan sevginin ən yüksək səviyyə və nümunəsini nümayiş etdirdilər. Bütün bunlar göstərdi ki, son 30 ildə Azərbaycanda gənclər siyasəti düzgün təşkil olunub”.
Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, müstəqilliyin ilk illərində isə gənclər haqqında ümumi rəy fərqli idi:
“Xüsusilə yaşlı nəslin əksəriyyəti gənclərə etimad göstərmirdilər. Bu isə həmin insanların başqa bir sistemin - Sosializm cəmiyyətinin, gənc nəsilin isə müasir və müstəqillik illərinin, o, cümlədən kapitalizm cəmiyyətinin yetirmələri olması ilə əlaqədar idi. Ancaq Zəfər Yürüşü bunun əksini hər kəsə göstərdi, həm də əyani olaraq!”.
Anar Əliyev