Son vaxtlar artan ani ölüm halları və gənc yaşda infarkt keçirmə cəmiyyətdə müxtəlif fikirlərin meydana gəlməsinə səbəb olub. İnsanlar bu kimi neqativ halların çoxalmasına müxtəlif səbəblər göstərirlər. Bəs, görəsən bununla bağlı tibb mütəxəssisləri nə düşünür?
Məsələ ilə bağlı Qaraciyərin Tədqiqi üzrə Avropa Assosiasiyasının üzvü, qastroenteroloq, hepatoloq Aysel Əskərova Newscenter. az-a deyib ki, ani ölüm anlayışı odur ki, bu gözlənilməyən hadisələrdən baş verir. Onun sözlərinə görə, ani bir ölüm insanların həyatını alt üst edir.İnsanlar bəzən gözlənilən hadisəni bilmək, önləmək istəmir bunu ya bilərəkdən ya da fərqinə varmadan edirlər:
"Qəfil ürək dayanması ürəyimizin dayandığı həyati təhlükəsi olan vəziyyətdir. Bu zaman xəstəyə təcili müdaxilə olunmasa xəstə həyatını itirər. Təcili müalicəyə kardiopulmoner reanimasiya və defibrilasiya daxildir. CPR ağciyərlərimizdə kifayət qədər oksigeni saxlayır və elektrik şoku normal ürək ritmini bərpa edənə qədər beynimizə çatdırır. CPR və defibrilatorlar həyatımıxı xilas edə bilər lakin bunlar hər zaman əlçatan olmur".
Aysel Əskərova deyir ki, qəfil ürək dayanmasının simptomları aşağıdakıları əhatə edə bilər:
"Bayılma (huşun itirilməsi). ürək döyüntüsü, sinə ağrısı, başgicəllənmə, nəfəs darlığı. Ürəkbulanma və qusma hissi".
Bəs, qəfil ürək dayanmasına səbəb nədir?
Aysel Əskərova onu da qeyd edib ki, aritmiya anormal ürək ritmləri ani ürək dayanmalarına səbəb olur"
"Ən çox görülən həyati təhlükəsi olan aritmiya mədəciklərin fibrilasiyasıdır. Bu, ürəyinizin mədəciklərindən (aşağı kameralar) impulsların nizamsız olmasıdır. Bu baş verdikdə, ürəyimiz qan pompalaya bilmir. Müdaxilə olunmasa bir neçə dəqiqəyə ölüm baş verəcək".
Onun sözlərinə görə, qəfil ürək dayanmasının digər səbəbləri koroner ürək xəstəliyi, anadangəlmə (doğumdan bəri) ürək xəstəlikləri, xəstəlik və ya infeksiya səbəbiylə ürəyimizin strukturunda dəyişikliklər, həddindən artıq fiziki fəaliyyət və ya qan itkisidir:
"Qəfil ürək ölümünə səbəb olan digər səbəblərə kardiomiopatiya daxildir. Alkoqol istifadəsi, piylənmə (Qaraciyərin ciddi iltihablanması), Diabet, qanda kalium və maqnezium səviyyələrində əhəmiyyətli dəyişikliklər, narkotik istifadəsi. Hipertrofik kardiomiopatiya və aritmogen kardiyomiyopatiya da daxil olmaqla ürək əzələnizin genetik pozğunluqları kimi səbəblərdən yaranan riskəri azaltmaq üçün zamanında həkim müayinəsində olmaq və doğru təlimatlara əməl etməklə ani ölüm kimi dəyərləndirilən ürək-damar mənşəli ölümləri minimumlaşdırmaq olar".
Anar Əliyev