Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin müsahibəsi mahiyyət etibarilə Azərbaycan dövlət rəhbərinin vermiş olduğu mesajlar baxımından maraqlı və məlumatlandırıcı oldu

Prezidentin müsahibəsi mahiyyət etibarilə Azərbaycan dövlət rəhbərinin vermiş olduğu mesajlar baxımından maraqlı və məlumatlandırıcı oldu


Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibə mahiyyət etibarilə Azərbaycan dövlət rəhbərinin vermiş olduğu mesajlar baxımından maraqlı və məlumatlandırıcı oldu. Ətraf region ölkələrinə verilən mesajlar açıq və aydın, Azərbaycanın mövqeyinin ifadəsi baxımından qəti və dəqiq idi. İlk növbədə Rusiyanın son dövrlər Azərbaycana qarşı apardığı qeyri-dost addımlarının Azərbaycan tərəfindən təmkinlə və adekvat şəkildə qarşılanması Azərbaycanla heç kimin yüksək pərdədən danışa bilməyəcəyini göstərdi. Dövlət rəhbərinin Rusiyanın Ukraynada apardığı müharibənin mahiyyətini açan ifadə, yəni "Ukraynaya soxulmaq" deməsi, əslində Rusiyanın öz hərəkətlərinə haqq qazandıran yalan informasiya maşınına ağır zərbə idi. Dövlət rəhbəri hər şeyi öz adı ilə adlandırmışdı.

İranla münasibətdə İran prezidentinin Azərbaycan dövləti üçün legitim və dialoq üçün açıq olan tək rəhbər olduğu mesajı verildi.

Bununla yanaşı, Ermənistanın siyasi arenasına verilən mesaj isə hakimiyyətdə kimin olmasından asılı olmayaraq Vaşinqtonda atdıqları imzanın arxasında qurulmalı olduğu mesajı oldu. Əks təqdirdə erməni toplumunu gözləyə biləcək aqibətin onlara yaxşı heç nə vəd etmədiyi bildirildi. Hesab edirəm ki, dövlət başçısı verdiyi mesajlar net və konkret olmaqla yanaşı, dəqiq ünvanına çatmışdır.
Bir nüans qeyd edilməlidir. Cənab Prezidentin Rusiyanın 1920-ci ildə Azərbaycan Demokratik Respublikasını işğal etdiyi gerçəyini bildirməsi rus mediasında özlərinə xas şəkildə işıqlandırılıb, özlərini haqlı çıxarmaq, Prezidentin tarixi faktları doğru işıqlandırmadığına dair məlumatlar yayılır. Hesab edirəm ki, Azərbaycan tarixçiləri bunlara açıq şəkildə cavab verməlidir.

Azər Qasımov, ƏHD Partiyasının sədrinin müşaviri
Xəbəri paylaş