
Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib. Ukraynaya verilən silahlar cəbhədə Rusiyanin irəliləyişlərini kifayət qədər dayandırıb. Artıq, D.Tramp Ukraynaya raket və hücum silahlarinın verilməsinini təmin edib. Təbii ki, silahların pullarını Avropa dövlətləri ödəyir. Göründüyü kimi, Avropa ölkələri və ABŞ yekdilliklə Ukraynanın müdafiəsini təmin edir. V. Putinin ABŞ və Avropa arasında yaratmaq istədiyi siyasi böhran müsbət nəticələnmədi".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, ABŞ-Rusiya arasında Alyaska görüşü fiaskoya uğradı:
"Rusiya öz ilkin şərtləri ilə çıxış edərək, Ukraynadan ərazilər tələb etməklə, faktiki diplomatik danışıqlardan geri çəkildi. Məhz Rusiya ABŞ-dan fövqəl dövlət statusunun tanınmasını tələb edirdi. Təbii ki, ABŞ buna gedə bilməzdi. D. Tramp V. Putinlə siyasi danışıqların səmərəsiz olduğunun fərqindədir. Ona görə də Ukraynanın hücum etməsində maraqlıdır".
Politoloq qeyd edib ki, ABŞ-ın Kiyevə dəstəyinin nəticəsi olaraq Ukrayna Rusiyanin Baltik dənizi sahilində terminallara güclü zərbələr endirib:
"Rusiyanın neft və qaz emalı zavodları iflic vəziyyətinə salınıb. Rusiya silahlı qüvvələrinin arxa eşalonuna, dislokasiya məntəqələrinə ciddi zərbələr endirilir. Ukrayna qoşunları Donbasda Rusiya qüvvələrini sıxışdırır".
Süleyman