
Son səkkiz ildə Özbəkistanda 500 mindən çox çoxmərtəbəli ev tikilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu, müstəqilliyin ilk 25 ili ilə müqayisədə dörd dəfə çoxdur:
Həmçinin göstərilən müddətdə 155 milyard dollar sərmayə ilə 100 mindən çox investisiya layihəsinə start verilib, 7 milyondan çox insan gəlir əldə edib.
Son səkkiz ildə sosial infrastruktura əvvəlki illərlə müqayisədə altı dəfə çox vəsait ayrılıb. Nəticədə bağça yerlərinin sayı 720 mindən 2,5 milyona yüksəlib. 466 yeni məktəb tikilərək 1 milyona yaxın şagird yeri yaradılıb. Tələbələrin sayı 279 min nəfərdən 1,5 milyon nəfərə, ali təhsilin əhatə dairəsi isə 40 faizə yüksəlib.
Süleyman