
Misirin paytaxtı Qahirə şəhərində Su həftəsi keçiriləcək.
Newscenter.az xəbər verir ki, Su həftəsi 12-16 oktyabr tarixlərini əhatə edəcək. Tədbirdə su ehtiyatları sahəsində əməkdaşlığın gücləndirilməsi, qlobal miqyasda müşahidə edilən içməli su qıtlığı və onun aradan qaldırılmasının yolları ətrafında fikir mübadiləsi aparılacaq.
Qahirə Su həftəsində dünyanın bir çox ölkələrindən müvafiq sahəni əhatə edən dövlət qurumlarının rəsmiləri iştirak edəcək. Azərbaycan nümayəndə heyətinin də Qahirə Su Həftəsində iştirakı nəzərdə tutulur.
Anar Əliyev