Ötən gün respublika ərazisində baş verən zəlzələdən sonra Bakı və digər iri şəhərlərdə həyət evlərinin qiyməti artıb.
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb.
Newscenter-az-a daxil olan açıqlamada bildirilib ki, paralel olaraq torpaq sahəsinin də qiymətində artım müşahidə olunur:
"Apardığımız müşahidələr onu deməyə əsas verir ki, ən çox qiymət artımı paytaxt Bakı şəhərində qeydə alınıb. Zəlzələdən əvvəl 40-45 min manata təklif edilən həyət evləri zəlzələdən sonra 50-60 min manat arasında satışa çıxarılır".
Mərkəzdən bildirilib ki, eyni tendensiya regionlarda da müşahidə olunur.
Natiq Orucov