Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili siyasətdə klassik üçüncü dünya ölkəsi qayğıları və problemləri içindəyik -ÖZƏL

Daxili siyasətdə klassik üçüncü dünya ölkəsi qayğıları və problemləri içindəyik


Son günlər dazxili siyasətdə baş verən arzuedilməz proseslər cəmiyyətdə, elə siyasilər və ictimai xadimlərin özləri arasında birmənalı qarşılanmayıb. Hər bir tərəf baş verənlərdə bu və ya digər dərəcədə nöqsanlar axtarmağa çaalışır.

Newscenter.az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy isə hesab edir ki, daxili siyasətdə klassik üçüncü dünya ölkəsi qayğıları və problemləri içindəyik. O təəsüf hissi ilə qeyd edib ki, Azərbaycan xarici siyasəti, Qarabağdakı hərbi-diplomatik yanaşma və ordudakı dəyişikliklər haqqındakı müsbət ifadələri Azərbaycan daxili siyasəti haqqında demək olmur:

"Bizdə bu sahədə vəziyyət millilik, dövlətçilik və mütərəqqilik baxımından çox faciəvidir. Daxili siyasətdə klassik üçüncü dünya ölkəsi qayğıları və problemləri içindəyik, bugünkü anlayışla bundan çıxmaq isə təəssüf ki, çox müşkül görünür".

Anar Əliyev
Xəbəri paylaş