Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda bazarın yaxınlığında evlər və mağazalar yanır

İsmayıllıda bazarın yaxınlığında evlər və mağazalar yanır


İsmayıllı rayonunda böyük ərazidə yanğın hadisəsi baş verib.

Newscenter.az-ın məlumatına görə, "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.

Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.

Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.

Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir.
Xəbəri paylaş