"Müşahidələr isə onu göstərir ki, siyasi mühitimizə dəyişim ab-havasının gəlməsi, partiyalardan ciddi şəkildə təşkilatlanmanın tələb edilməsi bəzi siyasi liderlərin heç də ürəyincə deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, onlar "Siyasi partiyalar haqqında" yeni qanunun kriterlərinə uyğunlaşa bilməyəcəklərini və bu üzdən bağlanma perspektivi ilə üzləşə biləcəklərini hiss edərək hadisələri qabaqlamağa, “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət etməyə, necə deyərlər, nəlbəkidə fırtına yaratmağa başlayıblar:
"Buna siyasi şou yaratmaq cəhdi də deyə bilərik. Və hazırda ən fəal siyasi şou ustası rolunda məhz REAL Partiyasının sədri İlqar Məmmədov çıxış edir".
Anar Əliyev