"Moskva təmasları sülh barədə hansısa ümidlər yaratması baxımından önəmli olsa da, reallıq baxımından nəticə verəcəyi şübhə doğurur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, sülh üçün deyimlər boğazdan yuxarı deyimlərdir:
"Reallıqda sülh üçün zəmin yoxdur. Qarşı tərəfin ritorikası, ermənilərin şəxsi fikirləri, mövcud geosiyasi durum sülhü mümkünsüz edir. Sülh təkcə kağız imzalamaqla olmur. Bunun üçün istək, niyyət olmalıdır".
Politoloq deyib ki, məcbur imzalanacaq sülhün heç bir əhəmiyyəti olmayacaq:
"Narazı tərəf gec-tez sülhü pozacaq. Ona görə də hesab edirəm ki, sülhdən danışılsa da, sülh olmayacaq. Azərbaycan üçün bunu təbii ki, heç bir əhəmiyyəti yoxdur, amma cəhd edilməsində də ziyan yoxdur".
Anar Əliyev