“Hər bir sahə kimi Azərbaycan dilinin inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dilimizin qorunması, onun inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri əvəzsizdir”.
Bu fikirlər Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin 1 avqust - Azərbaycan dili və əlifbası günü ilə bağlı açıqlamasında yer alıb. Newscenter.az-a İctimai Birlikdən daxil olan açıqlamada bidirilib ki, Ulu Öndər hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə dilimizin qorunması, onun inkişaf etdirilməsində maraqlı olub, bu istiqamətdə müvafiq addımlar atıb:
“l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSRİ Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. 1995-ci il, 12 noyabr tarixində Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul ediləndə dövlətimizin ana qanununa ölkədə dövlət dilinin -Azərbaycan dili adlandırılmasına yekdilliklə dəstək nümayiş etdirildi”.
İctimai Birliyin açıqlamasında daha sonra qeyd edilir:
“2001-ci ildən etibarən isə avqustun 1-i ölkədə Azərbaycan dili və əlifbası günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır”.
Anar Əliyev