Açıq şəkildə, erməni separatçı dəstələrinin qatı qatilinə, öz evində, kəndində əli yalın vətəndaşlarımıza, soydaşlarımıza qarşı amansızlıqla qətillər torədmiş bir cinayətkara sahib çıxanlar var, bu məmləkətdə. Bunlar "demokratlardır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, yüzlərlə dinc insanı evindən-eşiyindən qovmuş və əlinə keçən 25 adamı öldürmüş, nə qədər insanı yaralamış, hər şeylərini talamış, oğurlamış cinayətkara, özü də düşmənçiliyini açıqca ifadə edən, davam etdirən bir xalqın nümayəndəsinə havadarlıq etmək, ona hüquqi baza axtarışında olmaq, bu ölkəyə, bu xalqa qarşı xəyanətdir, şərəfsizliyin son nöqtəsidir:
"Mən əslində heç vaxt demokratiya tərəfdarı olmamışam. Bu adamları görəndə bir daha sübutlu olaraq əmin oluram ki, bu demokratiya oyunu hər türlü cinayətə və cinayətkara istənilən donu geydirmək üçün "mükəmməl" vasitədir".
Anar Əliyev