Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır

Prezident İlham Əliyev aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır


"Prezident İlham Əliyevin yerli telekanallara son müsahibəsi ənənvi olaraq çox ciddi mesajlarla yadda qaldı. İlk olaraq onu qeyd edim ki, üç saata yaxın davam edən və iyirmiyədək istiqamət üzrə müxtəlif sualların cavablandırıldığı müsahibə bir daha dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını təsdiqlədi. Prezidentin bu şəkildə ənənənvi müsahibələri həm də vətəndaşlarla, o cümlədən də dünya birliyi ilə media vasitəsilə dialoqun forması da hesab oluna bilər. Çünki bu şəkildə müsahibələr təkcə ölkə vətəndaşları tərəfindən deyil, həm də maraqlı dövlətlər və geniş beynəlxalq ictimaiyyət tərəfindən də izlənilir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən səsləndirib. O bildirib ki, müsahibə zamanı Prezident İlham Əliyev çox aydın şəkildə bildirdi ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır:

"Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Bəli, məhz bu amil Azərbaycanı ərazi bütövlüyünü bərpa etmək, 30 illik işğala son qoymaq üçün hərbi güc yoluna əl tamasına imkan verdi. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı nə qədər əsassız təbliğatlar aparılsa da həqiqətlərimizin qarşısında bu cəhdlərin heç bir mahiyyət kəsb etmədiyi təsdiqləndi və bu gün də mümkünsüzdür. Azərbaycanın tarixi Zəfərində, ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsində beynəlxalq hüquq və ədalət əhəmiyyətli rol oynadı. Bu gün də tarixi ədalətə söykənərək yeni hədəflərə doğru inamla addımlayırıq. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz. Müstəqillik ideyalarımızı rəhbər tutmağımızda da haqlı idik. Çünki biz müstəqil ölkəyik. Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur".

Yusif Bağırzadə deyib ki, cənab İlham Əliyevin “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri isə ikinci Qarabağ savaşından sonra keçilən yolun və əldə edilən nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi kimi qəbul olunmalıdır:

"Həqiqətən də sentyabra qədər gedilən yol məqsədyönlü və düzgün yol idi. Prezidentin də dediyi kimi istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi. İndi isə artıq yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz. Prezidentin bu bəyanatı əldə olunan uğurlarla kifayətlənməməyi, daim irəliyə baxmağı təlqin etməklə yanaşı yeni hədəflər üçün də bir ismarıc oldu. Prezident hər kəsi ayıq olmağa çağıraraq bizə qarşı olan hərəkətlərin bundan sonra da davam edəcəyini bildirdi. Həqiqətən də Azərbaycanın qələbəsi Prezidentin də dediyi kimi dünya miqyasında çox böyük layları tərpətdi və bu qələbə bəzi ölkələr üçün çox baha başa gəldi. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir".

Politoloq onu da deyib ki, prezident müsahibədə Azərbaycan və Ermənistan arasında sülh gündəliyi, eləcə də komunnikasiyalarla bağlı məsələlərə də toxundu və iki ölkə arasında kommunikasiyanın hansı prinsiplərlə açılması məsələsində də bir növ son nöqtəni qoydu.

“Ermənistan ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidir. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər” bəyanatı həm Ermənistan üçün, həm də dəhlizlə bağlı manipulyasiyalar edən digər dövlətlər üçün də xəbərdarlıq oldu. Prezident İlham Əliyevin bu açıqlaması şübhəsiz ki, “Azərbaycandan Azərbaycana prinsipinə” əsaslanır və Ermənistan ərazisindən keçən marşrutla Naxçıvana gedən sərnişinlərə, eləcə də daşınan yüklərə sərhəd yoxlanışı və gömrük rüsumunun tətbiq edilməməsini şərtləndirir ki, səbəbi də ölkə başçısı tərəfindən çox aydın şəkildə açıqlandı.
Prezident həmçinin sərhədlərin delimitasiyası və xəritələr barədə də fikirlərini bölüşdü və haqlı olaraq qeyd etdi ki, delimitasiya məsələsinin sülh sazişi üçün əsas şərtlərdən biri kimi təqdim olunması düzgün deyil. Həqiqətən də delimitasiya uzun bir prossesdir. Nəzərə alaq ki, 30 ildir Gürcüstanla olan sərhələrimizin delimitasiyası hələ tam başa çatmayıb. Eləcə də Rusiya ilə sərhədlərin demorkasiyası prossesi tam yekunlaşmayıb. Bu baxımdan mövcud şərtlərlə Azərbaycan-Ermənistan arasında imzalanan sülh sazişində delimitasiya məsələsinin mütləq şəkildə qeyd olunması effektli yol deyil. Eyni şəkildə delimitasiya prossesində konkret bir dövrün xəritələrindən istifadə də mümkünsüzdür. Cənab Prezident də bu məqama toxunaraq açıq şəkildə bəyan etdi ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik. Həqiqətən də 1920-ci ilin aprelində sovetləşmədən sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. XX əsrin əvvəlinin xəritələri, Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var və orada Zəngəzur, - şərqi, qərbi yoxdur, – bütün Zəngəzur Azərbaycan ərazisidir və bu, sovet dövründə baş verib. Belə torpaq hədiyyələri illər keçdikcə davam edib. Bu baxımdan Azərbaycanın mövqeyi çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır".

Yusif Bağırzadə, "Cənab Prezidentin Ermənistanın sülh müqaviləsinin zəmanətçilərinin olması ilə bağlı istəyinə cavabı da kifayət qədər konkret və məntiqli oldu. Dövlət başçısı sülh sazişinin iki dövlət arasında imzalanmalı olduğunu və hər hansı zəmanətçiyə ehtiyac olmadığını bildirdi. Həqiqətən də sazişə iki tərəf imza atırsa demək ki, buna uyğun da öhdəliklər götürür və bu öhdəlikləri icra etməyə məcburdur. O baxımdan mütləq şəkildə kiminsə bu məsələdə vasitəçi olmasına, beynəlxalq zəmanətçi qismində çıxış etməsinə ehtiyac yoxdur",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş