Biznes plan gələcəyi proqnozlaşdırmaq üçün universal alətdir.Son zamanlar ölkəmizin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq çox tez-tez «biznes» sözünü eşidir, müxtəlif yazılarda ona rast gəlirik. Biznesin planlaşdırılmasından, Biznes-Plandan da söhbət gedir.
Bəs biznes plan nə üçün lazımdır?
Cavab: Biznesin bir zaman aralığında hansı yerə çatacağını bildirsin. Bu zaman isə qarşıya qoyulan məqsəddən asılı olaraq dəyişir.
Biznes-Plan iki hissədən: görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa sözlə dedikdə Biznes-Planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.
Biznes plan qurarkən aşağıdakılara diqqət etmək lazımdır.
* Qısa və yığcam olsun.
* İşin məqsədi açıq göstərilsin.
* Qısa müddət ərzində işin hansı nöqtəyə çatacağını göstərsin.
* Və ən əsası bu biznesdə hansı işlərin görülüb hansı işlərin edilməyəcəyini qeyd etməkdir.
Biznes plan üçün əsas 3 faktor
Biznes plan hazırlanarkən plan özündə həlledici əhəmiyyətə malik 3 faktoru ehtiva etməlidir:
* İnsan faktoru biznesə başlayacaq və davam etdirəcək komanda. Həmçinin biznesin inkişafına kənardan dəstək verəcək investor və digər maraqlı şəsxlər.
* İmkanlar biznesin məqsədi və istiqamətini düzgün müəyyənləşdirmək, bazarın doğru və düzgün araşdırılması,rəqiblərin müəyyənləşdirilməsi,rəqabət qabiliyyətliyin müəyyən edilməsi
* Risk və qazanc gəlir və xərclər smetasının düzgün yazılması,hansı müddətdən sonra mənfəətin əldə edilməsi,Risklərin müəyyənləşdirilməsi.
Sonra hesablamalısınız ki, sizin biznesinizin nə vaxtdan başlayaraq gəlir gətirəcəkdir? Bundan sonra hər ay və bütünlüklə il üçün və sonrakı aylar və il üçün büdcənizi, gəlir və çıxarınızı (əmək haqqı, vergilər, təsərrüfat və icarə xərcləri və s. ) müəyyən edib bunlara əsasən maliyyə planınızın gözlənilən balansını çıxarmalısınız. Beləliklə hər ayın sonuna alınan balans gələcək ayın əvvəlinin balansı olacaqdır.
Unutmaq olmaz ki, siz biznesinizin inkişafına nail olmaq istəyirsinizsə, gəliriniz çıxarınızı üstələməlidir. Əks həlda bu, müflisləşməyə səbəb ola bilər. Belə bizneslə məşğul olmaq səmərəli deyil. Deməli planın başqa, əlverişli variantı tərtib edilməlidir. Bir neçə variantda biznes plan işlənildikdən sonra, bu variantların ən səmərəlisi seçilir və gələcəkdə istifadə olunmaq üçün qəbul edilir.
Mehriban Fətəliyeva