Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas edir

Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas edir


Ermənistanda Konstitusiya oyunu davam edir. Sözügedən məsələnin tədricən ölkənin siyasi həyatında gərginliyə səbəb olması Azərbaycanla sülh müqaviləsinin imzalanmasına da təsirsiz ötüşməyəcəyi göz önündədir. Hətta Paşinyan hökumətinin sülh müqaviləsinə mane olmaq üçün belə bir oyunu ortaya atdığı da istisna edilmir. Məsələyə ekspertlərin yanaşması isə fərqlidir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında əsas problemllərdən biri Ermənistanın "Müstəqillik Bəyannaməsi" və ona əsaslanan Konstitusiyasıdır. Onun sözlərinə görə, Ermənistanin "Müstəqillik Bəyannaməsinin" preambulasında Qarabağın Ermənistana birləşdirilməsi və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub:

"Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiyanın sülhə mane olduğunu qeyd edib. Həmçinin ölkəyə yeni konstitusiya lazım olduğunu vurğulayıb. Təbii ki, N. Paşinyana gəldikdə, konstitusiyanı dəyişmək fikrində deyildi. Prezident İlham Əliyev Ermənistanı nasist ideologiyasından xilas edir. Təbii ki, Azərbaycan tərəfi Ermənistana konstitusiyanı dəyişmək təklifini verib. Bu, Ermənistana sülh müqaviləsi üzrə əsas şərtdir. Bu şərt yerinə yetirilməsə, Ermənistanla sülh müqaviləsinin hüquqi bazası olmayacaq. Adi kağız üzərində qalaraq Ermənistanda hakimiyyətə gələn yeni qüvvə Azərbaycanla sülh müqaviləsini Konstitusiyaya ziddi elan edib, müqaviləni askıya ala bilər. Ona görə də Azərbaycan məhz Ermənistana yeni konstitusiya qəbul etmədən sülh bağlanmayacaq mesajını açıq verməlidir".

Politoloq qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yalnız Ermənistanda yeni konstitusiya qəbul edildikdən sonra mümkün ola bilər:

"Ermənistan Azərbaycan təkliflərini qəbul etdikcə, normal dövlət müstəvisinə keçir".

Süleyman
Xəbəri paylaş