Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimə yaradıcılıq imkanları yaratmaq ona münasibətin mühüm göstəricisidir

Müəllimə yaradıcılıq imkanları yaratmaq ona münasibətin mühüm göstəricisidir


"Müəllim yalnız dərs deyən insan deyil. Müəllim cəmiyyətin gələcəyini formalaşdıran, gənc nəslə düşünməyi, məsuliyyət daşımağı və vətəndaş olmağı öyrədən əsas sosial institutlardan biridir. Buna görə müəllimə verilən qiymət, əslində, ölkənin gələcəyinə verilən qiymətdir".

Newscenter.az xəbər verir ki, bunları Bakı Avrasiya Universitetinin dosenti, Ədalət Partiyasının sədri Mütəllim Rəhimov deyib. O qeyd edib ki, müəllimin əməyinə hörmət yalnız bayram günlərində səslənən xoş sözlərlə bitməməlidir:

"İlkin olaraq müəllim çərçivəyə salınmamalıdır. Müəllimə yaradıcılıq imkanları yaratmaq, onun təşəbbüslərini dəstəkləmək və dövlət tərəfindən elan olunan proqramlarda şəffaflığı təmin etmək də ona münasibətin mühüm göstəricisidir".

Mütəllim Rəhimov diqqətə çatdırıb ki, məhz buna görə də orta təhsil müəssisələrində çalışan müəllimlərin böyük ümidlərlə gözlədiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsi”nin nəticələri ilə bağlı yaranmış qeyri-müəyyənliyə də diqqət yetirmək lazımdır:

"Müsabiqənin sənədlərinin qəbulu 30 aprel 2026-cı ildə başa çatıb. Nazirlər Kabinetinin müvafiq qaydalarının 3.1-ci bəndinə əsasən isə layihələrin son təqdimetmə tarixindən sonra 30 gün ərzində qiymətləndirilməsi və qalib layihələr barədə məlumatın ictimaiyyətə elan edilməsi nəzərdə tutulur. Bu səbəbdən müəllimlərdə haqlı sual yaranır: nəticələr nə zaman açıqlanacaq və layihələrin qiymətləndirilməsi prosesi hansı mərhələdədir?"

Onun sözlərinə görə, müəllimdən innovasiya, təşəbbüskarlıq və yeni ideyalar gözləyiriksə, həmin müəllimin dövlət proqramlarına və müsabiqələrə inamını da qorumalıyıq:

"Şəffaflıq həm də müəllimə göstərilən hörmətin bir formasıdır. Bu əlamətdar gündə bütün Azərbaycan müəllimlərini təbrik edirəm. Müəllimin biliyi, zəhməti və təşəbbüsünün daim dəyərləndirilməsi, yaratmaq və yenilik etmək imkanlarının daha da genişləndirilməsinin yaxşı gələcək vəd etdiyini unutmamalıyıq".

Süleyman
Xəbəri paylaş