Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Polşa səfirliyi Kiyevdən təxliyə edilir?

Polşa səfirliyi Kiyevdən təxliyə edilir?


Polşa səfirliyi Ukraynada fəaliyyətini davam etdirəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda bildirilir.

XİN-in açıqlamasında deyilir:

"Biz Polşa Respublikasının Kiyevdəki səfirliyinin işində heç bir dəyişiklik etməyi planlaşdırmırıq".

Qeyd edək ki, oktyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin əməkdaşları da daxil olmaqla, xarici vətəndaşları yenidən Ukraynaya səyahət etməkdən və Kiyevdə qalmaqdan çəkinməyə çağırdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xatırlatdığı kimi, Moskva Kiyevdəki xarici səfirlikləri Ukrayna paytaxtında fəaliyyət göstərməyə davam etməyin təhlükələri barədə hər cür xəbərdarlıq edib. O, vurğulayıb ki, orada işləməyə davam edib-etməmək barədə qərarı bu ölkələr verəcək.

Anar
Xəbəri paylaş