Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Balakən seçicilərinin favoriti İlham Əliyevdir

Balakən seçicilərinin favoriti İlham Əliyevdir


Nəsib Məhəməliyev: "İlham Əliyev iki yüz il ərzində itirdiklərimizi geri qaytaran yeganə Lider kimi tarixə adını yazdırdı"


Prezident seçkilərinin təbliğat-təşviqat mərhələsinin sonuncu günüdür. Sabah səhər 8:00-dan etibarən təbliğata son verilir. Bu müddət ərzində hər bir namizəd kimi hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqatı istiqamətində paytaxt və bölgələrdə çoxsaylı görüşlər keçirildi. İlham Əliyevin təbliğat-təşviqatı prosesində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məclisin deputatı Nəsib Məhəməliyevlə söhbətimizdə seçki prosesinin müxtəlif mərhələləri, eləcə də seçicilərin növbədənkənar prezident seçkiləri prosesində olan fəallığından danışdıq.

-Nəsib müəllim, artıq seçkilərin mühüm mərhələlərindən biri, təbliğat-təşviqat mərhələsi də başa çatmaq üzrədir və bu müddətdə təşviqat kampaniyasında yaxından iştirak edən həm hakim partiya üzvü, həm də deputat kimi qənaətiniz necədir, YAP uğurlu təbliğat-təşviqat kampaniyası apara bildimi?

-Bəli, təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. Onu qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası, böyük seçki təcrübəsinə malik siyasi təşkilatdır. Təsdiq edilmiş qrafik üzrə seçicilərlə görüşlər keçirilmiş, yerlərdə partiyanı təmsil edəcək müşahidəçilər müəyyənləşdirilmişdir. Hesab edirəm ki, YAP uğurlu təbliğat-təşviqat kampaniyası aparmışdlr.

-Siz də bu müddət ərzində Balakən rayonunda seçicilərlə görüşlər keçirdiniz. Balakənli seçicilərin növbədənkənar prezident seçkilərinə olan münasibəti necədir və seçicilərdə yüksək fəallıq, əhval-ruhiyyə müşahidə edilirmi?

-Yanvar ayının 15-dən başlayaraq, rayonun bütün kəndlərində, yaşayış məntəqələrində seçicilərlə çoxsaylı görüşlər keçirdik. Seçicilər arasında seçki əhval-ruhiyyəsi yüksək səviyyədədir. İnformasiya əsrində məkan, məsafə anlayışı arxa plana keçir. İnsanlar, ən ucqar kəndlərdə belə, ölkədə və dünyada baş verən proseslərlə bağlı məlumatlıdırlar. Balakən seçkilərə tam hazırdır.

-Yəqin ki, balakənli seçicilər ötən 20 il ərzində olduğu kimi bu dəfə də doğru seçim edəcəklər və layiqli namizədə səs verəcəklər.

-Balakəndə siyasi tədbirlər, istər prezident, parlament seçkiləri, istərsə referendumlar, hər zaman yüksək səviyyədə keçib. Cənab Prezident Balakənə 6 dəfə səfər edib və hər bir səfər rayonun ictimai-siyasi həyatında əhəmiyyətli hadisələrlə yadda qalıb. Bununla yanaşı ötən illər ərzində qəbul olunmuş 4 dövlət proqramı nəticəsində 33 yeni məktəb, mərkəzi xəstəxana, olimpiya kompleksi, inzibati binalar, uşaq bağçaları, maqistral və kəndarası yollar inşa olunub, əhalinin qaz, elektrik enerjisi, içməli su üzrə infrastruktur layihələri, özünü məşğulluq proqramları icra edilib.
Bütün bunlar öz yerində. Əhalinin ən çox qiymətləndirdiyi əsas məsələ, torpaqların işğaldan azad olunması, milli qürurun bərpasıdır. Siyasi fəalların çıxışlarında, təkrar-təkrar Müzəffər Ali Baş Komandanın 44 günlük müharibədə və ondan sonra apardığı siyasət, diplomatik gedişlər vurğulanırdı. Şübhəsiz, Balakən seçicilərinin favoriti İlham Əliyevdir.

-Nəsib müəllim, təbii ki, bizə bəllidir, ümumən götürəndə Azərbaycan seçicisinin İlham Əliyevə etimad göstərməsinin zəruriliyini şərtləndirən başlıca amillər hansılardır?

-Yuxarıda qismən qeyd etdim. Qısaca deyim. İlham Əliyev, 2003-cü ildə prezident seçildiyi vaxtdan xalqa verdiyi bütün vədlərini artıqlaması ilə yerinə yetirib. Hətta söz vermədiklərini belə reallaşdırıb. Məsələn; Xankəndinə və bəzi bölgələrə, bayraq asmağı söz verməsə də, şəxsən asdı. İki yüz il ərzində itirdiklərimizi geri qaytaran yeganə Lider kimi tarixə adını yazdırdı. Xalqın tapdalanmış qürurunu bərpa etdi. Dünyada və regionda gedən prosesləri təhlil etdikdə görürük ki, İlham Əliyev, sosial-iqtisadi inkişafımızla bərabər təhlükəsizliyimizin yeganə qarantıdır.

-Bu arada bəzi Avropa ölkələri, siyasi institutları tərəfindən Azərbaycana artan təzyiqləri seçkiöncəsi vəziyyəti gərginlıəşdirməyə cəhd kimi dəyərləndirmək olarmı?

-Son zamanlar, bəzi Avropa ölkələrinin, beynəlxalq təşkilatların ölkəmizə qarşı apardlğı təzyiqlər, bir mərkəzdən idarə olunur. Məsələnin kökündə, geosiyasi, geoiqtisadi faktorlar durur. Təzyiqlər qərəzli xarakter daşıyır və ona görə də, cəmiyyət tərəfindən qəbul edilmir.



Süleyman İsmayılbəyli
Xəbəri paylaş