"Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri həm ölkə, həm də Cənubi Qafqaz regionunun gələcəyi üçün son dərəcə əhəmiyyətlidir. Eyni zamanda seçkilər dünya siyasətinə də böyük təsir edəcəkdir. Dövlət idarəetmə sistemində bu seçkilərin keçirilməsi ölkə vətəndaşları üçün tarixi əhəmiyyətli bir hadisədir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Gürcüstanın Vahid Milli Hərəkat partiyasının siyasi şurasının bölgə üzrə sədr müavini Rafi Orucov səsləndirib. Onun sözlərinə görə, sevindirici haldır ki, müstəqillik tarixində ilk dəfə seçki prosesi bütöv Azərbaycan ərazisi üzrə keçiriləcək:
"Təbiiki, bu proseslər Cənubi Qafqazın ümumi siyasi, iqtisadi görüntüsünə də öz müsbət təsirini verməkdədir. Regionda sülhün biqərar olması inkişafa aparan mühüm yoldur. Və bu seçkilərdən sonra da regiondakı ümumi siyasi durum dəyişəcəkdir".
Rafi Orucov deyib ki, keçiriləcək seçkilərin nəticələri Azərbaycan-Gürcüstan əlaqələrinə də müsbət təsirini göstərəck:
"Bizim xalqlar və ölkələrimiz arasındaki dostluq və qardaşlıq əlaqələri hər zaman nümunəvi olub. Bİlirsiniz ki, carı ilin payızında bizim ölkə üçün də mühüm seçkilər keçiriləcəkdir. Gürcüstanda keçiriləcək seçkilərin bizim ölkə üçün böyük əhəmiyyəti vardır. Ölkəmizdə mühüm dəyişikliklərə etiyac duyulur. Düşünürəm ki, seçkilərdən sonra ölkələrimiz arasındakı əlaqələr yeni, daha uğurlu mərhələyə keçəcəkdir. Hər iki ölkənin inkişafı və uğuru üçün xeyirli olacağına ümid edirəm".
Sonda Rafi Orucov qeyd edib ki, Azərbaycan dövlətinin sürətli inkişafı, düzgün aparılan daxili və xarici siyasəti sayəsində bu gün xalqımız firavanlıq içərisində yaşayır:
"Bir ölkənin ən mühüm məsələsi onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyüdür. 30 il işğalçılıqdan əziyyət çəkən xalqa qələbə yaşadan müzəffər ordu və düzgün aparılan siyasət sayəsində qələbə əldə edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azərbaycanın inamlı qələbəsi işğaldan əziyyət çəkən dünya xalqları üçün də bir ümüd yaratdı, bilirsiniz ki, Gürcüstan da işğalçılıqdan əziyyət çəkir bu qələbənin bizim ölkədə də yaşanmasını diləyirik. Bütün bu amilləri nəzərə alaraq əminəm ki, Azərbaycan xalqı yenidən seçimini düzgün edəcək. Bundan sonra Azərbaycanı yeni dönəm gözləyir. İnkişaf və tərəqqi dönəmi. Biz, dünyada yaşayan azərbaycanlılar hər zaman Azərbaycanın uğurlarına sevinir fəxarət hissi duyuruq".
Süleyman