Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təxribatların hədəfi, Qərb ya Rusiya?

Təxribatların hədəfi, Qərb ya Rusiya?


Qərbin və Azərbaycanı əhatə edən region dövlətlərinin Azərbaycana, Cənubi Qafqazda yeritdiyi siyasətin istiqamət və hədəfləri məlum siyasətdir. Bu siyasətin bu qədər bəsit formada anlaşılmağının səbəbi isə əsrlərlə dəyişməzliyidir. Nəhəng Azərbaycanın parçalanması, Osmanlının yıxılması, Ermənistanın yaradılması, Azərbaycan Demokratik Respublikasının işğalı, SSRİ - yə birləşdirilməsi, SSRİ tərkibində torpaqlarının qonşulara paylanması, Azərbaycan torpaqlarının Rusiyanın, Qərbin, İranın köməyi ilə Ermənistan tərəfindən işğal olunması, İşğal faktının rəsmiləşdirilməsi cəhdləri və sair.

İndi reallıqlar tam başadır. Qərbin hədəfi Rusiya olduğu üçün Rusiya Azərbaycana qarşı siyasətində nisbi neytralıq nümayiş etdirir. Ancaq bu nisbi neytrallıq bəs edir ki, Azərbaycan öz milli və dövlət maraqlarını təmin edə bilsin.

Ancaq, indi Aİ-nın daha doğrusu Qərb dünyasının Ermənistan və Azərbaycan arasında sülhə imkan verməmək istəyi onun ümumən Cənubi Qafqaz və regionla bağlı geosiyasi maraqları ilə bağlıdır və dəyişən də deyil.

Aİ-nın prezidenti Şarl Mişelin İlham Əliyevə zəngi və Ermənistan və Azərbaycan liderlərinin Brüssel formatında görüçünü təşkil cəhdi, qeyd olunduğu kimi, Ermənistan və Azərbaycan danışılarının üçüncü tərəfin iştirakı olmadan aparılması faktı fonunda əslində bu iki dövlətin kənar maraqları nəzərə almadan yaxınlaşmasına, sülhün əldə edilməsinə mane olmaqdlr.

Əsasən Moskva, Brüssel formatlarının əhəmiyyətini itirməsi fonunda Ermənistan və Azərbaycan danışıqlarının bir-başa aparması əlbıttəki, Qərbin maraqlarına uyğun deyil.

Nəzərə alsaq ki, hal-hazırda Qərbin Ermənistana siyasi, hərbi diplomatik təsirləri müvəqqəti də olsa Rusiyadan daha çoxdur, bu halda Ermənistanın Azərbaycanla sərhəddə Tovuz, Zəngilan istiqamətlərində təxribatlarının daha çox Aİ-nın maraqlarına xudməti açıq görünür. Əlbəttə ki, Azərbaycan sulahlı qüvlərinin qisas əməliyatı da cavab kimi, Aİ-nı yox, məhz Ermənistanın özünü yaxşı düşqndürməlidir. Nə Azərbaycan, nə də nəhəng dövlətlər Zəngəzur dəhlizinə maraqını itirməyib. Əlbəttə, böyük ölçüdə naş verənlər nəticə etibarı ilə Azərbaycanın milli maraqları üçün çox əlverişli və əhəmiyyətlidir.

Vüqar Dadaşov
Xəbəri paylaş