Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml elitası nəyi hədəfləyib?

Kreml elitası nəyi hədəfləyib?


"Rusiyanın Baş prokuroru İqor Krasnov Federasiyanın Ali Məhkəməsinin boş olan sədri vəzifəsinə təyin olunmaq üçün müraciət edib. Bu barədə TASS agentliyi xəbər yayıb. Məlumata görə, Ali Məhkəmənin sədri Rusiya Prezidentinin təqdimatı ilə və Ali Kvalifikasiya Hakimləri Kollegiyasının müsbət rəyi əsasında Federasiya Şurası tərəfindən altı illik müddətə təyin edilir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, Krasnovun Rusiyanın keçmiş prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini vəzifəsini tutan Dmitri Medvedevlə münasibətləri normal deyil:

"Medvedev uzun müddətdir ki, məhkəmə sistemini öz nəzarətində saxlayır. Rusiya mediası onun özünün də Konstitusiya Məhkəməsinin sədri olmaq üçün çalışdığı barədə iddialar səsləndirirdi. Hazırda onun Təhlükəsizlik Şurasındakı vəzifəsi məşvərətçi statusa malikdir. Keçmiş prezident Rusiya - Ukrayna mübarizəsindən sonra Qərbə qarşı sərt ritorikası ilə diqqət çəkir və son proseslərdə olduqca fəaldır. Bu da onun yenidən Kremlə qayıdacağı barədə iddiaların meydana çıxmasına səbəb olub".

Politoloq qeyd edib ki, hazırda namizədliyi müzakirə edilən İqor Krasnovun Ali Məhkəmənin sədri seçiləcəyi dəqiqdir:

"Bu isə Rusiya prokurorluq orqanlarının məhkəmə üzərində nəzarətinin güclənməsinə xidmət edir. Yeni təyinat onu göstərir ki, istintaq orqanı ilə qərar vermə stansiyası bir mərkəzdə birləşir. Bu bir tərəfdən Medvedevin məhkəmə sistemində gücünü zəiflədir, digər tərəfdən isə hüquq sisteminin bir əldə birləşməsinə kömək edir. Sabiq prezident Konstitusiya Məhkəməsini əlində saxlamaq üçün şəxsən özünün məhkəmə sədrliyi barədə media vasitəsi ilə təbliğat da aparırdı. Konstitusiya Məhkəməsi ümumi dövlət nəzarətini həyata keçirmək və Kremlə gələcək şəxsin kimliyində hüquqi cəhətdən də olsa rol oynamaq baxımından önəmlidir. Ancaq İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin Konstitusiya Məhkəməsinin sədri olmaq istəməsi mübarizəni daha da qızışdırır".

Zeynal Əmrəliyev deyib ki, Bastrıkin uzun illərdir Vladimir Putinə yaxın bir fiqur kimi tanınır və onun istintaq sahəsində güclü səlahiyyətləri var:

"Lakin Putin onun İstintaq Komitəsindəki səlahiyyətlərini daha 1 il uzatdı. Bu da onun Konstitusiya Məhkəməsi ilə bağlı başqa planlarının olduğunu göstərir. Davam edən bu mübarizə əlbətdə ki, sadəcə “hakimlik eşqi” deyil. Bu həm də Kremlə gedən yolun başlanğıcıdır. Kim məhkəmə sisteminə nəzarət edirsə, o həm rəqibləri zərərsizləşdirə, həm də hüquqi manevrlərlə siyasi sahədə gücünü qoruyub saxlaya bilər".

Anar Əliyev
Xəbəri paylaş