
"Prezident İlham Əliyevin Al-Arabiya telekanalına verdiyi müsahibə sözün əsl mənasında böyük əks-səda verib və xüsusilə də Rusiyanın siyasi dairələrində bu müsahibə hər kəsin ciddi maraq dairəsinə səbəb olaraq, təəccüb doğurub. Ona görə təəccüb doğurub ki, İlham Əliyevin müsahibəsində Rusiyanın sovetlər birliyi dövründən bu günə qədər, yürütdüyü işğalçı siyasəti, Azərbaycan prezidenti tərəfindən açıq və net olaraq tarixi faktlarla dilə gətirildi".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. Bildirib ki, bu, cənab prezidentin Rusiyaya qarşı, kəskin və cəsarətlə söylədiyi ilk ittihamlar deyil:
"İlham Əliyev daha öncə də Rusiyanın ölkəmizə qarşı yürütdüyü siyasətində yol verdiyi nöqsanlara açıq şəkildə öz etirazını bildirmişdi. Bundan əlavə Xankəndidə ukraynalı jurnalistin sualını cavablandırarkən "Heç vaxt işğalla barışmayın" deməsi, də Rusiyada bomba kimi partladı. Əslində Al-Arabiya televiziya kanalına prezidentin verdiyi müsahibə Azərbaycanın gücünü və potensialını nümayiş etdirir və Rusiyada bu səbəbdən məhz bunu həzm edə bilmirlər".
Çingiz Şahbazi qeyd edib ki, İlham Əliyev, 1920- ildə sovet Rusiyası tərəfindən Azərbaycan Demokratik Respublikasının işğalı ilə bağlı və yenə də o dövrdə Rusiyanın yürütdüyü siyasət nəticəsində Azərbaycan torpaqlarının bölüşdürülməsi məsələsini qabartmaqla, məhz Rusiyanın Ukraynada həyata keçirdiyi işğalçılıq siyasətinin davamı olaraq, Moskvanı faktlar qarşısında qoydu:
"Bunlar, Rusiyanın genetik işğalçılıq siyasətidir, hansı ki, Azərbaycan Prezidenti İlham Əliyev konkret olaraq bu yürüdülən siyasətə qarşı barışmaz mövqeyindən çıxış etməklə haqlı olduğumuzu bir daha sübut etdi. Prezident İlham Əliyevin Al-Arabiya televiziya kanalına verdiyi müsahibə məhz bu səbəbdən dünyada və xüsusilə də regionda bəzi dairələri silkələdi və ölkə başçısının bu prinsipal mövqeyi əslində əvvəlki uğurların davamı olaraq qəbul etmək lazımdır. Çünki bu, məhz ölkəmizə və dövlət başçımıza yaraşan bir siyasətdir".
Anar Əliyev