
"Azərbaycan Türkiyə və İsrail üçün mənəvi bağlar səbəbindən vaz keçilməz ölkədir. Türkiyə və İsrail arasında hansı gərginliyin baş verməsindən asılı olmayaraq Azərbaycan hər zaman onlar arasında barışdırıcı mövqedə olacaq".
Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Azərbaycan Türkiyə və İsrail arasında seçim edə bilməz:
"Çünki ən yaxın və doğma ölkələr arasında seçim etmirlər".
Azər Qasımov onu da deyib ki, Türkiyə və İsrail arasındakı gərginlik prinsipial, eyni zamanda, strateji xarakter daşıyır:
"Bu məsələdə köklü həll üçün Azərbaycanın onlara təsir imkanları məhduddur. Təbii ki, müəyyən addımlar atılır ki, gərginlik minimum həddə salınsın. Amma gərginliyin kökündə Azərbaycanın nüfuzundan böyük tarixi iddialar dayanır. Tarixi köklərimiz bu regiona getsə də Azərbaycan bu regiona yaddır. Proseslərin kökünə səthi bələddir. Əslində, məsələ geosiyasi proseslərdən çox hər iki dost və qardaş ölkənin ambisiyaları üzərində qurulub. Ona görə də gərginlik anında Azərbaycan vəziyyətə müdaxilə edə bilir və nəticə alır. Çünki gərginlik onların həyatı məsələsi deyil. Sadəcə inadıdlr. Gərginlik anında geri çəkilə bilirlər".
Süleyman