Ermənistandakı Vanadzor həbsxanasında iğtişaşlar başlayıb.
Newscenter.az news.am-a istinadən bildirir ki, həbsxanada baş qaldırmış iötişaşı yatırmaq üçün Vanadzor həbsxanasına əlavə qüvvələr cəlb edilib.
Məlumata görə, həbsxana şəraiti və nəzarətçilərin məhbuslara işgəncə verməsinə etiraz əlaməti olaraq bir qrup məhbus aclıq aksiyası keçirib. Məhbusardan biri ülgüclə əlinə xəsarət yetirib, digəri isə barmağndakı üzüyü udub. Etiraz aksiyasına 30 məhbusun qoşulduğu bildirilir.
Qeyd edək ki, Vanadzor həbsxanasında iğtişaş fevralın 9-da başlayıb. Müvafiq qurumlar tezliklə vəziyyətin düzələcəyi və həbsxanada qanunsuz halların aradan qaldırılacağına söz versələr də ötən müddət ərzində heç bir müsbət addım atılmayıb. Bu səbəbdən bu gün məhbuslar yenidən etiraza əl atıblar.
Mehman Mehdiyev