Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın təxribatları danışıqlar prosesinə zərbədir

Ermənistanın təxribatları danışıqlar prosesinə zərbədir


"Ermənistanın Azərbaycanla şərti sərhəd boyunca təxribatlara əl atması və Azərbaycan Ordusunun mövqelərini atəşə məruz qoyması danışıqlar prosesinə zərbədir və tərəflər arasında təmasları yenidən sıfır nöqtəsinə apara bilər".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu cür təxribatlar Ermənistan siyasi hakimiyyətlərinə xas olan xüsusiyyətlərdir:

"Zaman-zaman şahidi olmuşuq ki, Ermənistan son mərhələdə, Azərbaycanla ciddi bir razılaşma əldə edilməsi anında hansısa formada buna mane olub və danışıqlar yenidən dalana dirənib, sıfır nöqtəsinə qayıdıb. İndi də eyni situasiya baş verir".

Arzuman Muradlının sözlərinıə görə, baş verənlər onu deməyə əsas verir ki, Ermənistan hələ də sülhı hazır deyil.

Mehman Mehdiyev
Xəbəri paylaş