Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan dili öz zənginliyi ilə seçilir

Azərbaycan dili öz zənginliyi ilə seçilir


“Azərbaycan dili öz zənginliyi, gözəlliyi, ahəngdarlığı ilə seçilir. Biz dilimizin zənginliyini, gözəlliyini qoruyub saxlamalı, onu kənar təsirlərdən qorumalıyıq. Əks təqdirdə dilimiz məhv olacaq. Bu da istər-istəməz dövlətin məhv olmasına gətirib çıxaracaq. Əbəs yerə deməyiblər ki, bir milləti, dövləti məhv etmək üçün ilk növbədə onun dilini məhv etmək lazımdlr. Ona görə də hər birimiz dilimizi, onun zənginliyini qoruyub saxlamalıyıq”.

Bu fikirləri Newscenter.az-a “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva Beynəlxalq Ana Dili Günündən danışarkən səsləndirib. Zaman-zaman dilimizə qarşı yad ünsürlərin, xarici təsirlərin olduğuna diqqət çəkən İctimai Birlik rəsmisi bütün bu məkirli planların qarşısının alınmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu deyib.

Ruhiyyə Mehdiyeva bildirib ki, günümüzdə də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin dilimizin qorunub saxlanması, inkişaf etdirilməsi prosesinə dəstək verdiyini, onu yad təsirlərdən mühafizə etdiyini deyib.

Sona
Xəbəri paylaş