Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan Azərbaycan-Ermənistan liderlərinin görüşündən sonra əsas sual ondan ibarətdir ki, İrəvan danışıqlar prosesinə sadiq qalacaqmı?
Newscenter.az-ın xəbərinə görə, politoloq Arzuman Muradlı bunu istisna edir. Onun sözlərinə görə, Ermənistan özü müstəqil siyasət həyata keçirə bilmədiyi üçün müstəqil qərarlar verməkdə də çətinlik çəkir:
"Elə Münxen görüşündən sonra dərhal Paşinyanın Fransaya getməsi də onu deməyə əsas verir ki, Ermənustanın sülh prosesini davam etdirib-etdirməyəcəyinin qərarını Paris verəcək. Çox güman ki, Paris də İrəvana yenidən aqressiya nümayiş etdirmək təlimatı verəcək".
Arzuman Muradlı deyib ki, yaxın günlərdə hər şey aydınlaşacaq və Paşinyanın ritorikasından danışıqların davam edib-etməyəcəyi aydın olacaq.
Anar Əliyev